Obamanın Türkiyədə Putinlə görüşmək planı yoxdur

dunya
13-11-2015, 09:46 1026
Obamanın Türkiyədə Putinlə görüşmək planı yoxdur Barak Obama ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli görüş olacaq.
“G-20” sammiti çərçivəsində Türkiyəyə səfər etməyi planlaşdıran ABŞ prezidenti Barak Obamanın proqramında Rusiya prezidenti Vladimir Putinlə görüş nəzərdə tutulmayıb. Bu barədə gündəlik mətbuat brifinqində Ağ evin sözçüsü Coş Ernest məlumat verib.
Brifinqdə Ernestlə yanaşı Ağ evin milli təhlükəsizlik üzrə müşaviri Suzan Rays və onun köməkçisi Ben Rods da iştirak edib. Tədbirdə Barak Obamanın Türkiyə səfəri barədə açıqlama verilib. Bildirilib ki, "G-20" sammiti zamanı Barak Obama ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli görüş olacaq.
Juranilstlərdən birinin, Barak Obama Rusiya prezidenti Validimir Putinlə də görüşəcəkmi? sualına Syuzan Rays cavab verib. Ağ evin təhlükəsizlik üzrə müşaviri "G-20" sammiti zamanı Obama ilə Putinin görüşünün planlaşdırılmadığını, rəsmi görüşün olmayacağını bildirib.
Rays həmçinin iki ölkə başçısının tədbir zamanı ayaqüstü, qeyri-rəsmi formada görüşə biləcəklərini də istisna etməyib.