Ən çox prezident təqaüdçüsü hansı universitetdə təhsil alır?

tehsil
12-11-2015, 14:37 1097
Ən çox prezident təqaüdçüsü hansı universitetdə təhsil alır? Prezident İlham Əliyevin noyabrın 10-da imzaladığı sərəncamla ali məktəblərdə öz hesablarına, ödənişli təhsil alan tələbələr də təqaüd ala biləcəklər. Amma bu sərəncam 2016-cı il fevralın 1-dən qüvvədə olacaq.
Maraqlıdır, hazırda ən çox prezident təqaüdçüsü hansı universitetdə təhsil alır?
“Azərbaycan müəllimi” qəzetinə istinadən xəbər verir ki, “ADA” Universitetinin 25, Azərbaycan Tibb Universitetinin 24, Bakı Ali Neft Məktəbinin 17, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 14, Qafqaz Universitetinin 9, Bakı Dövlət Universitetinin 6, Naxçıvan Dövlət Universitetinin 4, Azərbaycan Dillər Universitetinin 1, Azərbaycan Dövlət İqtisad Universitetinin 1, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 1 tələbəsi Prezident təqaüdünə layiq görülüb.
Xatırladaq ki, 2015/2016-cı tədris ilində BANM-ə qəbul olan tələbələrin içərisindən 690-700 bal arası yüksək nəticə göstərən tələbələrdən 17 nəfəri Prezident təqaüdünə layiq görülüb. Onlardan doqquz nəfəri “Neft-qaz mühəndisliyi”, beş nəfər tələbə “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, üç nəfəri isə, “Kimya mühəndisliyi” ixtisaslarına qəbul olan tələbələrdir.
Ümumilikdə, bu ilki qəbulda I qrup üzrə 25 Prezident təqaüdçüsündən 17-si hazırda BANM-də oxuyur. Bununla yanaşı, ötən tədris ilində də Bakı Ali Neft Məktəbinə qəbul olan tələbələrdən 17 nəfəri Prezident təqaüdünə layiq görülüb. Bununla yanaşı, 2015/2016-cı tədris ilində TQDK-nın ali məktəblərə keçirdiyi qəbulda Bakı Ali Neft Məktəbi üzrə ümumi minimal bal 659, ümumi orta bal isə 676 olub. Bu nəticə respublika üzrə ən yüksək nəticədir, hər üç ixtisas üzrə ötən illərə nisbətən bütün göstəricilərdə dinamika müşahidə olunub. I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan 7 tələbədən üçü Bakı Ali Neft Məktəbinə qəbul olub.