Putin: "Bu, Ukrayna xalqının alçaldılması deməkdir"

dunya
18-08-2015, 11:09 921
Putin: "Bu, Ukrayna xalqının alçaldılması deməkdir" Məhz xarici vətəndaşlar tərəfindən hökumətdə və regionlarda əsas vəzifələrin tutulması xarici idarələrin işidir. Bütün bunlar Ukrayna xalqının alçaldılması deməkdir".
Bu sözləri Krıma səfərə gedən Rusiya prezidenti Vladimir Putin deyib.
"Bugünkü dövrün bütün çətinliklərinə baxmayaraq, Ukraynada vəziyyət yenidən əvvəlki kimi olacaq və ölkə inkişaf edəcək. Hakimiyyət hökumətdə və regionlarda vəzifəyə təyin etidiyi xarici vətəndaşlarla bağlı biabırçı təcrübədən əl çəkəcək. Ukrayna Rusiya ilə birlikdə öz gələcəyini inşa edəcək".
O bildirib ki, Ukrayna hökumətinin atdığı bu addımlar Avropa dövlətlərinin təsiri altında baş verir.
Putinin Ukrayna haqqındakı bu çıxışına şərait yaradacaq səbəblərdən biri 2008-ci ildə müharibə elan etdiyi Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilidir. Çünki Ukrayna prezidenti Pyotr Poroşenko bu ilin may ayında Saakaşvilini Odessa vilayətinə qubernator təyin edilib.
Pyotr Poroşenko Rusiya lideri Vladimir Putinin Krıma səfər etməsini bütün sivilizasiyaları, dünyanı təhqir etməsi kimi dəyərləndirib.
Poroşenko bildirib ki, Krım Ukrayna ərazisidir: "Bu, sivilizasiyalı dünyaya təhqirdir və Donbasda rus hərbçilərinin, onların muzdlularının gerçəkləşdirdiyi gərginləşdirmə ssenarisinin davamıdır. Bu cür səfərlər Ukraynanın işğal edilmiş yarımadasının daha da militarlaşdırılması deməkdir. Krımın gələcəyi, o cümlədən turizm baxımından gələcəyi yalnız Ukraynanın tərkibində mümkündür".
Rusiya prezidenti Vladimir Putin Krıma gələrək Dövlət Şurasında turizm məsələlərinə həsr edilmiş iclas keçirir.
Rusiya Krımı 2014-cü ilin mart ayında ilhaq edib. Bu, beynəlxalq ictimaiyyətin, o cümlədən Ukrayna rəhbərliyinin sərt tənqidinə səbəb olub. Rəsmi Kiyev hələ də yarımadanı Ukraynanın bir hissəsi sayır.
Krımın ilhaqı Rusiyaya qarşı ABŞ və Avropa Birliyinin sanksiyalarına səbəb oldu. Rəsmi Kiyev dəfələrlə Rusiyanı Donbas separatçılarını dəstəkləməkdə günahlandırıb. Amma Moskva dəfələrlə bunu təkzib edib.