Lider istefa verdi: “Toy generalı ola bilmirəm”

musahibe
12-11-2015, 10:40 1077
Lider istefa verdi: “Toy generalı ola bilmirəm” Ukraynanın millətçi “Sağ sektor” təşkilatının lideri, Ali Radanın deputatı Dmitri Yaroş təşkilata başçılıq etməkdən imtina edib.
Yaroş bu barədə “Facebook”dakı səhifəsində bildirib.
“Mən təşkilatda baş verənlərə görə məsuliyyəti üzərimə götürürəm. Mən “toy generalı” ola bilmirəm. Millətçi və inqilabçı kimi qalmaq şərtilə “Sağ sektor” liderinin səlahiyyətlərindən imtina edirəm”, -“Yaroş yazıb.
O, bildirib ki, ən yaxın tərəfdarları ilə mövqelərin uyğunsuzluğuna görə belə bir qərarı qəbul edib.
44 yaşlı Yaroş “Sağ sektor”a 2014-cü martından başçılıq edirdi. Təşkilat 2014-cü ilin yanvar-fevral aylarında Kiyevdə inzibati binaların tutulmasında iştirak edib. “Sağ sektor” sonralar Ukraynanın cənub-şərqində keçirilən anti-terror əməliyyatında aktivlik nümayiş etdirib.