İranda aksiya zamanı azərbaycanlılar həbs edildi

sosial
12-11-2015, 10:24 1329
İranda aksiya zamanı azərbaycanlılar həbs edildi Etiraz dalğasına ölkəmizdən də dəstək verilib
İran dövlət telekanalının yayımladığı verilişdə azərbaycanlıların təhqir edilməsinə dair yaşanan aksiyada həmyerlilərimizdən bir neçəsi saxlanılıb.
Aksiyada 20-ə yaxın milli fəal həbs olunub. Onların arasında parkda gəzərkən həbs edilən azərbaycanlı yazar Elşən Böyükvənddə var.
Bundan başqa, Ərdəbil həbsxanasında məhbus həyatı yaşayan tanınmış milli-mədəni fəal Abbas Lisaninin iki oğlu rejim qüvvələrinin hücumuna məruz qalıb və döyülüb. Şahidlərin sözlərinə görə, Atila və Oxtay Lisanini məmurlar döyüb.
Abbas Lisaninin iki oğlu
Xatırladaq ki, həmyerlilərimizin aksiya keçirməsinə səbəb telekanalında İranın “Kanal 2” (İRİB) yayımlanan verilişdə azərbaycanlıların təhqir edilməsi olub. Verlişdə deyilib ki, “azərbaycanlıların ağzından pis iy gəlir, onsuzda onlar diş fırçası ilə tualet fırçasını bir-birindən ayıra bilmirlə”r. Səsləndirilən bu fikirlərdən sonra İranda yaşayan azərbaycanlılar ayağa qalxıb.
Etiraz aksiyası keçirən azərbaycanlılar
Etiraz aksiyaları Güney Azərbaycanın Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Meşkin şəhərlərində və paytaxt Tehranda “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Haray, haray, mən Türkəm”,”Ölüm olsun rasizmə”, kimi şüarlar altında keçirilib.
Cənubi Azərbaycanı bürüyən etiraz dalğasına ölkəmizdən də dəstək verilib. Bir qrup gənc İranın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirib.