» » Azərbaycanda yaşayış binası uçdu - 16 ailə təxliyyə olundu


Azərbaycanda yaşayış binası uçdu - 16 ailə təxliyyə olundu

12-11-2015, 09:33
Oxunub: 838
Çap et
Azərbaycanda yaşayış binası uçdu - 16 ailə təxliyyə olundu Ailələr yaxın günlərdə peşə liseyinin yataqxanasına yerləşdirləcəklər.
Cəlilabadda yaşayış binası qəzalı vəziyyətə düşüb.
Rayonun Göytəpə qəsəbəsi, Sahil küçəsində yerləşən çoxmənzilli binanın bünövrəsi çökdüyündən tikilinin dayaqları və yaşayış binasının bir hissəsi çöküb.
FHN əməkdaşların köməyi ilə binada yaşayan 16 ailə təxliyyə olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Sakinlər Cəlilabad Peşə liseyinin həyətində quraşdırlımış müvvəqqəti çadırlara yerləşdiriliblər.
Yaxın günlərdə isə ailələr Peşə liseyinin yataqxanasına yerləşdirləcəklər.
Qeyd edək ki, 20-ci əsrin əvvəllərində inşa olunmuş yaşayış binasında uzun müddətdir ki, əsaslı təmir işləri aparılmayıb.
Reytinq: