Xalq artistinin adını daşıyan nəvəsi

sou
18-08-2015, 11:04 1022
Xalq artistinin adını daşıyan nəvəsi Xalq artisti, dünya ölkələrində tanınan şöhrətli xanəndə Səkinə İsmayılova nənəlik sevincini yaşayır. Muğam ustadının adını daşıyan nəvəsi Səkinənin bu gün bir yaşı tamam olur. Xalq artisti sevincini bu sözlərlə bildirib:
"Balanın balası əziz və şirin olur. Xalq artisti, prezident təqaüdçüsü, professor və nənə - bunlar mənə Allahın lütfüdür. Mənim nəvəm şah əsərimdir, şirdaşımdır, adaşımdır. Ata-anasının arzusu ilə mən öz adımı nəvəmə qoydum. Bu gün Səkinə xanımın bir yaşı tamam olur. Ona ən böyük arzularımı diləyirəm. Qızım deyir ki, mən xoşbəxt xanımam ki, həyatımda iki Səkinə xanım, xanım Səkinə var. Mən hər bir ailəyə nəvə sevinci arzu edirəm".
Xalq artistinin nəvəsinin özəl şəkillərini sizə təqdim edirik.