» » Bu xəstələrdə anidən ürək dayana bilər - ŞOK


Bu xəstələrdə anidən ürək dayana bilər - ŞOK

10-11-2015, 11:57
Oxunub: 534
Çap et
Bu xəstələrdə anidən ürək dayana bilər - ŞOK Aortal stenoz – bədənin ən iri arteriyası sayılan, bütün bədənə qan aparan aortanın daralması. Stenozun yerindən asılı olaraq 3 növü ayırd edilir. Ən yayqın biçimi valvulyar (qapaq) daralmadır (75-80%).
Aortal qapaq ürəyin sol mədəciyi və aorta arasında yerləşir. Sol mədəciyin və ürək çəpərinin əzələ kütləsinin böyüməsi və sol mədəciyin çıxış yolunun daralmasıyla səciyyələnən hipertrofik kardiomiopatiya da qazanılmış aortal stenozlardan sayılır.
Aortanın 3 yerində anadangəlmə daralma ola bilər:
Qapaq stenozu (valvulyar stenoz)
Qapaqüstü stenoz (supravalvulyar stenoz)
Qapaqaltı stenoz (subvalvulyar stenoz)
Əlamətlər
Xəstəliyin simptomları qüsurun dərəcəsindən asılıdır. Çox vaxt yüngül və orta dərəcəli qüsurlu insanlar şikayətsiz olur, və xəstəlik özünü ağır dərəcəyə çatanda büruzə verir. İlk bəlirti fiziki iş zamanı ortaya çıxan təngnəfəslik ola bilər: o, da o qədər xəfif ola bilər ki, xəstə onu sezməyə bilər. Başqa simptomlar sinə anginası (sinə ağrısı), bayılma (bayılma, angina, tövşüma = BAT triosu – ingiliscə SAD trio) qəfləti ölüm ola bilər.
Stenokardiya
Stenokardiyası (sinə anginası) olan xəstələrin 5 il ərzində ölmə ehtimalı 50%-dir. Sinə ağrıları sol mədəciyin genişlənməsi sonucunda meydana gəlir: yüksək basınc qradientini dəf etmək üçün sol mədəciyin divarı genişlənir, ancaq tac arteriyalarından gərəkən daha yüksək qan təchizatını ala bilmir. Sinə ağrıları fiziki iş zamanı əmələ gəlir. Bu mərhələdə veloerqometriya müayinəsi işemiyanı aşkalaya bilər.
Bayılma
Aortal qapaq daralması zamanı meydana gələn bayılmalar çox vaxt fiziki iş vaxt olur. Qüsur aradan qaldırılmazsa, bayılması olan xəstənin 3 il içində ölmə ehtimalı 50%-dir.
Ürək çatışmazlığı
Ürək çatışmazlığı simptomları [paroksizmal (qəfləti) gecə təngnəfəsliyi, ortopnoe (məcburi oturaq vəziyyət), fiziki iş zamanı tövşümə) bir neçə səbəbdən əmələ gələ bilər:
diastolik ürək çatışmazlığı – sol mədəciyin qalınlaşıb boşala bilməməsi nəticəsində meydana gəlir.
sistolik ürək çatışmazlığı – sol mədəciyin pompalama (yığılma, nasos) gücünün azalması sonucunda ortaya çıxır.
işemiya (ürək toxumalarının qan təchizatının pozulması)
yuxarıda çəkilən səbəblərin bir və ya bir neçəsinin eyni zamanda mövcudluğundan.
Ağırlaşmalar
Mümkün olan ağırlaşmalar:
Qəfləti ürək ölümü
Ürək çatışmazlığı
Reytinq: