Araz Ağalarov Moskvada Hollivud ulduzu ilə birgə restoran açdı

maraqli
10-11-2015, 11:54 1090
Araz Ağalarov Moskvada Hollivud ulduzu ilə birgə restoran açdı “Oskar” mükafatı qazanmış tanınmış aktyor Robert De Niro Moskvada yeni restoran açıb. Rusiya KİV-nə istinadən xəbər verir ki, yeni restoran Emin və Araz Ağalarovların da həmtəsisçiləri olduğu “Nobu” restoranlar şəbəkəsinin tərkibinə daxildir.
1994-cü ildə yaponiyalı aşbaz Nobi Matsuxislə əməkdaşlıq çərçivəsində Nyu-Yorkda “Nobu” brendi altında ilk restoran açan De Niro 2009-cu ildə Emin və Araz Ağalarovla birlikdə həmin restorandan Moskvada da açmışdı.
Ötən gün Rusiya paytaxtında açılan “Nobu Crocus City” adlı sayca ikinci restoran 1200 kvadrat metr sahə, suşi bar, 120 maşın park etməyə imkan verən dayanacaq və s. ilə təmin olunub.
72 yaşlı Rober De Niro daha çox “Xaç atası 2”, “Taksi sürən”, “Dəlisov öküz”, “Oyanış”, “Kazino” və s. kinofilmlərdəki rolları ilə tanınır.