» » "Qarabağ ətrafındakı rayonlar Azərbaycan qaytarılacaq” - İDDİA


"Qarabağ ətrafındakı rayonlar Azərbaycan qaytarılacaq” - İDDİA

10-11-2015, 11:53
Oxunub: 597
Çap et
"Qarabağ ətrafındakı rayonlar Azərbaycan qaytarılacaq” - İDDİA Ermənistanın “Aykakan Jamanak” qəzeti sensasiyalı iddia ilə çıxış edib. Modern.az qəzetə istinadən xəbər verir ki, Rusiya Dağlıq Qarabağ ətrafında yerləşən rayonların Azərbaycana qaytarılması təklifi ilə çıxış edib.
Qəzet iddia edir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri də məhz bu təklifə əlaqələndirilir.
“Hakimiyyətdəki mənbələrin əldə etdiyi məlumata görə, Rusiya Ermənistandan Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana güzəştə getməsini tələb edir.
Bunun qarşılığında isə Moskva Bakının Avrasiya İttifaqına üzv olmasına razılığını almaq istəyir. Mənbənin məlumatına görə, Lavrovun Ermənistana səfəri zamanı əsas müzakirə mövzusu məhz bu məsələ olacaq”.
Reytinq: