Neftin qiymətində nikbinlik davam edir
iqtisadiyyat
10-11-2015, 09:39
650

Dünya birjalarında neftin qiymətində nisbi artım qeydə alınıb. Birjaların satışlar üzrə hesabat bunu deməyə əsas verir. Bu hesabatlara görə “Brent” markalı neftin qiymətində düşüş yaşansa da bu məhsulun qiyməti 47.30 dollara çatıb.
Bu cür nikbinlik “Texas” (WTI) markalı neftdə də özünü göstərib. Birjaların verdiyi son məlumatlara görə, "Texas" markalı neft qismi bir düşüşlə 44.06 dollara çatıb.
Birjalarda qızılın qiymətində nisbi ucuzlaşma müşahidə olunub. Belə ki, qızılın qiyməti dünənki göstəricilərə nisbətən ucuzlaşaraq 1 qram üçün 35.09 dollar olub. Gümüşdə də qismi ucuzlaşma qeydə alınıb. Birjalarda gümüşün qiyməti 1 qram üçün 0.46 dollar müəyyənləşib.
Azərbaycan Mərkəzi Bankının ən son məlumatlarına görə ölkəmizdə xarici valyutaların məzənnəsi belədir:
1 ABŞ dolları – 1.0498 AZN
1 Euro – 1.1424 AZN
1 rus rublu – 0.0166 AZN