BAYRAQ MEYDANINDA BAYRAĞIM MƏNIM

yazarlar
6-11-2015, 17:20 2118
"Bayraq meydanın"da göyə yüksələn,
Bayrağım bayraqlar zirvəsindədir.
Zirvəyə qalxanlar zirvədə görür,
Bayrağı sancdığı zirvəlik nədir.
Özüylə dünyaya göstərir bizi,
Tarixən olmuşuq, yenə də varıq,
Türkün timsalında, türk dünyasında,
Bu türk dünyasında biz bayraqdarıq.
Mənim bu dünyaya təqdimatımdır,
“Bayraq meydanında bayrağım mənim.
Günəşli salamlar dalğalandıqca,
Xoş günüm, xoş anım, növrağım mənim.
Bu bayraq altından mənən keçərkən,
Sanıram milyonlar keçir mənimlə,
Tarix vərəqlənir gözüm önündə,
Millət belə zirvə görməyib hələ.
Böyük arzuların qanadlarında,
“Tərəqqi, yüksəliş, dirçəliş” - deyə,
Səfərbər olmuşuq, səfərbərik biz,
Dünya bizə baxır biz gələcəyə.
Heydərli, İlhamlı, Mehribanlıdır,
Zirvələr qoynunda tarixləşirik,
Zirvələr Günəşə daha yaxındır
Zirvəyə səsələyir bizi bu birlik.
Dünyanın köksündə emblem kimi,
Günəşlə təmasda bu uca bayraq,
Çərqin qapısında dalğalandıqca,
Daha xoş günlərdən gətirir soraq.

Müəllif; Səttar Zərdabi

Yüklədi: Səma Zərdabi