Obama A321 təyyarəsinin göyərtəsində bomba versiyasını dəstəklədi

dunya
6-11-2015, 12:05 1055
Obama A321 təyyarəsinin göyərtəsində bomba versiyasını dəstəklədi ABŞ prezidenti Barak Obama Rusiyanın A321 sərnişin təyyarəsinin göyərtəsində partlayıcı qurğunun işə düşməsi versiyasını dəstəkləyib, Reuters məlumat yayıb.
“Düşünürəm ki, göyərtədə bomba olması ehtimalı var”, - amerikalı lider deyib.
Obamanın sözlərinə görə, ABŞ terror aktı versiyasına çox ciddi yanaşır və şəxsi araşdırma aparmağa hazırlaşır.
O, Kəşfiyyatın nəyin baş verdiyini dəqiq üzə çıxaracağına əmindir.
ABŞ administrasiyasının rəsmi nümayəndəsi Coş Ernest də Kəşfiyyatın məlumatına əsaslanıb.
“Biz terror aktının istisna edilməməsi üçün yetərincə məlumata sahibik”,- Ernest əlavə edib.
ABŞ Dövlət departamenti də Sinay üzərində səmada baş verənlərə dair ehtiyatlı mövqe tutub.
“Biz qəzaya dair şəxsi çıxarışlarımızı bildirmirik. Mən araşdırmadan bir addım öndə gedə bilmərəm”, - noyabrın 5-də brifinq zamanı nazirliyin rəsmi nümayəndəsi Con Kirbi bəyan edib.
A321 sərnişin təyyarəsinin göyərtəsində bomba ehtimalı ilə ilk dəfə Böyük Britaniyanın baş nazirinin nümayəndəsi çıxış edib.
Misirin Mülki Aviasiya Nazirliyi noyabrın 5-də təyyarənin qəzasına dair bütün versiyaların dəlillərə əsaslanmadığına dair xüsusi bəyanat yayıb. Baş verənlərə dair yeganə etibarlı mənbə istintaq üzrə komissiyadır.
Xatırladaq ki, Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçan “Koqalımavia” şirkətinə məxsus Airbus A321 sərnişin təyyarəsi oktyabrın 31-də səmaya qalxdıqdan 23 dəqiqə sonra radarların ekranlarından itib. Təyyarə Sinay yarımadasında yerə düşüb, təyyarənin göyərtəsində olan 224 nəfərin hamısı həlak olub.