» » "Qarabağ"la fəxr edirəm"


"Qarabağ"la fəxr edirəm"

6-11-2015, 11:53
Oxunub: 485
Çap et
"Qarabağ"la fəxr edirəm" "Qarabağ”ın prezidenti Tahir Gözəl Avroliqanın "Monako”ya qarşı oyunundan danışıb.
"Bu gün qalib gələ bilsəydik, qrup lideri ola bilərdik. ''Qarabağ'' üçün möhtəşəm fürsət idi. Ancaq futbol həyat kimidir. Hər zaman hər kəsə layiq olduğu qismət olmur. Bu gün ''Qarabağ'' qələbəyə layiq idi. Komandamız möhtəşəm bir oyun göstərdi”.
"Qarabağ”ın prezidenti Tahir Gözəl Avroliqanın "Monako”ya qarşı oyunundan sonra jurnalistlərə deyib.
O qeyd edib ki, "Monako" çox köklu bir klubdu: "Onlar 'Çelsi', 'Real” kimi komandaları məğlub edib. Mən klubumla fəxr edirəm. Amma istədiyimiz nəticə bu deyildi. Bizim qrupdakı taleyimiz həm də qrupun digər komandaları arasındaki oyundan asılıdı. Bizim hələ də şansımız var. Çox çətin bir qrupda mübarizə aparırıq. Bu gün 'Qarabağ'ın Avropa klubu olduğunun bir daha şahidi olduq. Buraxıdığımız qol sadəcə şanssızlıq idi. Bu gün çox inamlı oyun oynadıq və üç xalı əldən verdik. Bu gün bizim günümüz olmalı idi. 'Monako' kimi bir klubla heç-heçə etməyin özü də böyük bir nəticədi”.
Tahir Gözəl
"Qarabağ" - "Monako" oyunu 1-1 hesabı ilə başa çatıb. Ağdam klubu qrup lideri ilə oyunda qələbəni sona 18 dəq qalmış əldən verib."Qarabağ" 4 oyundan sonra aktivinə 4 xal yazdıraraq turnir cədvəlində sonuncu yerdə qaldı.
Reytinq: