Mənsum İbrahimov yenə Məcnun oldu

medeniyyet
5-11-2015, 11:29 1030
Mənsum İbrahimov yenə Məcnun oldu Noyabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşa teatrın solisti, Xalq Artisti, professor Mənsum İbrahimovun 55 illik yubileyinə həsr olunub. Yubiley tamaşasında M.İbrahimovun budəfəki tərəf müqabili Xalq Artisti Nəzakət Teymurova olacaq. Səhnəmizin əvəzsiz Məcnunu artıq 22 ildir ki, bu tamaşada çıxış edir.Qeyd edək ki, bu illər ərzində Azərbaycan muğam sənətinin bir çox istedadlı qadın ifaçıları Xalq artistləri Səkinə İsmayılova, Qəndab Quliyeva, Gülyaz və Gülyanaq Məmmədovalar, Nəzakət Teymurova, Aygün Bayramova, Simarə İmanova səhnəmizin Məcnununun tərəf müqabilləri olublar.