İran qazı, erməni oyunu, gürcü sınağı: Bakı irəli keçir

arasdirma
5-11-2015, 11:26 1021
İran qazı, erməni oyunu, gürcü sınağı: Bakı irəli keçir Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana rəsmi səfər edəcək. Səfər əsnasında o, Tbilisidə Gürcüstan prezidenti Georgi Marqvelaşvili, baş nazir İrakli Qaribaşvili və parlamentin spikeri David Usupaşvili, habelə bütün Gürcüstanın patriarxı 2-ci İliya ilə görüşməyi planlaşldırıb.
Azərbaycan və Gürcüstanın dövlət başçılarının geniş heyətdə təkbətək görüşünün keçirilməsi, habelə siyasət, təhlükəsizlik, ticarət, iqtisadiyyat, tranzit, mədəniyyət, təhsil və elm sahələrində birgə bəyannamələrin imzalanması da nəzərdə tutulub.
İlkii məlumatlara görə, dövlət başçımızın qonşu ölkəyə səfəri əsnasında Marneuli rayonunda yaşayan soydaşlarımızla görüşü də planda var.
Azərbaycan və Gürcüstan mediasında yer alan şərhlərə görə, dövlət başçımızın Tbilisiyə səfərində gündəmdəki əsas məsələ İrandan Gürcüstana təbii qazın nəqli layihəsi və bununla bağlı boru kəmərinin Azərbaycan ərazisindən keçməsi ilə bağlı nüansların müzakirəsidir.
İlk baxışdan belə ola bilər, çünki enerjişacıyılarının tranziti və nəqli problematikası region ölkələri, xüsusilə də Gürcüstan üçün əlahiddə əhəmiyyət kəsb edib.
Amma əsas məsələ bölgdəki yeni geostrateji situasiyada Azərbaycanla Gürcüstan arasınndakı münasibətlərin inkişafı və sürətləndirilməsidir. Bakı strateji tərəfdaş qismində Tbiliyə hasnı səviyyədə etimad edəcəyini, yeni formalaşan vəziyyətdə iki ölkənin maraqlarının mümkün korrektələrin hansı istiqamətdə reallaşa biləcəyini dəqiqləşdirməyə çalışır.
Azərbaycanın Gürcüstan istiqamətində yürütdüyü siyasətdə dəyişikliklər də istisna olunmur.
Gürcüstan bizim üçün bir sıra istiqamətlərdə və müstəvilərdə strateji tərəfdaş, müttəfiq ölkədir.
Dəyişikliklər isə zəruridir.
Belə ki, ötən həftə Ermənistan prezidenti Serj Sarkisyan Gürcüstana rəsmi səfərdə olub. Eyni zamanda, rəsmi Tbilisi ölkənin "yeni" enerji siyasətini həyata keçirməyə başlayacağını bəyan edir, Rusiyanın "Qazprom" şirkəti ilə məsləhətləşmələr və müzakirələr aparır.
Gürcüstanın energetika naziri Kaxa Kaladzenin İrana səfəri, İranın təbii qazının Gürcüstana nəqli ilə bağlı məsələləri müzakirə etməsi gözlənilir.
Yeni formalaşan situasiyada bölgədə strateji oyunçular olan Rusiya, İran və Gürcüstanın maraqlarının fərrqləndiyini də unutmayaq.
Gürcüstanın daxili energetika bazarının bir hissəsini tamamən ələ keçirməyə və bununla da ölkənin enerji təhlükəsizliyi məsələlərinə təsir imkanlarına yiyələnməsi planlaşdıran Rusiya həm də Ermənistana maneəsiz təbii qaz nəqlinə nail olmağa can atır.
"Qazprom" onu da vurğulayır ki, Ermənistana satdığı təbii qazın həcmini artırmaq istəyir.
İranın məqsədi Cənubi Qafqazda təbii qaz "diplomatiyası"nı fəallaşdırmaq, bu minvalla dolayısı ilə olsa da, Ermənistan və Gürcüstanın daxili siyasi gündəminə təsir rıçaqlarına yiyələnməyə çalışır.
Ermənistan İranın təbii qazının Gürcüstana nəqli ilə bağlı iməsələlərdə mərkəzda qalmağa, bu qazın öz ərazisindən nəqlinə nail olmağa can atır.
Göründüyü kimi, İran təbii qazının satışlarında Ermənistan və Gürcüstan bazarlarını əldə etmək fikrindədir. İranlıların "mavi yanacağı" Gürcüstandan o yana gedənə deyil, çünki buna Rusiya əsla imkan verməz.
İstəklərini, daha doğrusu, iştahını Rusiya və İranla razılaşdırmayan Ermənistan yeni gəlirlər əldə etməyə çalışarkən çox ağır vəziyyətə düşüb. Ermənilər təbii qaz məsələsində Moskva və Tehran arasındakı rəqabətin daha da sərtləşdiyinin fərqinə varmayaraq oyuna başladıqlarından onları "müttəfiq və dost" Rusiya ilə yanaşı, İran da dəstəkləmir.
Serj Sarkisyann məhz bu səbəbdən Tbilisiyə tələm-tələsik, az qala qaçaraq səfər edərək Gürcüstanla sövdələşməyə, razılaşmağa, Cənubi Qafqazda "İran qazı ilə bağlı erməni-gürcü lobbisi" yaratmağa səylər göstərirdi.
Belə şəraitdə Gürcüstanın enerji bazarının yön dəyişdirməsi, Azərbaycan-Gürcüstan münasibətlərinin ciddi böhranla üzləşməsi ilə bağlı iddialar səslənir.
İddialar əsassızdır. Ən azı ona görə ki, Gürcüstan bütün önəmli tranzit layihələrini Azərbaycanla birlikdə həyata keçirir. Həmin layişhələrin başlıca lobbisi və dəstəkçisi isə Avropa Birliyi ilə ABŞ-dır.
İranın təbii qazıı ilə bağlı layihə isə, bəlli, Qərbin Cənubi Qafqazla bağlı strategiyasına cavab verməməklə yanaşı Gürcüstanın xarici siyasətinin əsas vektoru ilə ziddiyyət təşkil edir.
Təbii qaz nəqli, alışı və satışı ilə bağlı Rusiya və İran arasında gündəmdə heç bir real anlaşma, müzakirə və ya məsləhətləşmələr yoxdur. Rusiyadan İrana və ya əksinə çəkiləcək qaz boru kəməri barədə, transregional marşrut haqqında da heç nə deyilmir. Əslində, belə layihənin mənası və məqsədi də bəlli olmazdı.
Azərbaycan isə təbii qazın qarşılıqlı svop satışları və təminatı sahəsində həm İran, həm də Rusiya ilə fəal qarşılıqlı əlaqələrdədir.
Üstəlik, İran qazının Gürcüstana nəqli üçün Azərbaycanda gərəkli infrastruuktur var. Ermənistandan fərqli olaraq Azərbaybaycan 400 min kubmetr həcmində interkonnektora malikdir. Hələ sovetlər dönəmində inşa olunan, 5 milyon kubmetr buraxılış həcmində Qazııməmməd- Bind Biənd boru kəməri sistemi də mövcuddur. Bu sistem Bakı-Ərzurum boru kəmərinə birləşərsə İran təbii qazını Gürcüstana heç bir əlavə, ciddi xərclər olmadan nəql edə bilər.
Bəhs etdiyitimiz istiqamətdə danışıqlar aparılır.
Bakı-Tbilisi-Qars ldəmiryol marşruutu ilə enerjidaşyıcılarının Gürcüstandakı Poti limanına, Kulevi terminalına daşınma imkanlarını da unutmayaq. Kulevidə Azərbaycanın terminalları var və həmin terminallardan İran da neft daşımaları üçün yararlana bilər.
Gürcüstan da təbii ki, tranzit ölkə qismində bu layihələrin mümkün qədər tez reallaşdırılmasında maraqlıdır.
...Göründüyü kimi, siyasi proseslərin son zamanlar hansı istiqamətində inkişaf etməsindən asılı olmayaraq Gürcüstan üçün Azərbaycanın alternativi yoxdur.
Azərbaycan da strateji tərəfdaş qismində Tbilisiyə nə qədər stav