Marqaret Tetçirin əşyaları hərraca çıxarılacaq

maraqli
5-11-2015, 10:56 1079
Marqaret Tetçirin əşyaları hərraca çıxarılacaq Böyük Britaniyanın Viktoriya və Albert muzeyi əfsanəvi baş nazir Marqaret Tetçerin şəxsi əşyalarını sərgiləməkdən imtina edib. APA-ya istinadən xəbər verir ki, ona görə də “Dəmir Ledi”-nin əşyaları "Christie's" hərrac evinə verilib.
Növbəti ayda Britaniyanın sabiq baş nazirinin şəxsi əşyaları hərraca çıxarılacaq. Bura zinət əşyaları, suvenirlər, o cümlədən qiyməti təxminən 15 500 dollar təşkil edən gəlinlik də daxildir.
Xatırladaq ki, Marqaret Tetçer toyunda ənənəvi deyil, tünd-göy məxmər parçadan tikilən gəlinlik donu geyinib.
Qeyd edək ki, Mühafizəkarlar Partiyasına rəhbərlik edən Marqaret Tetçer 1979-90-cı illərdə Böyük Britaniyanın baş naziri olub. Siyasətdəki sərt mövqeyinə görə "Dəmir Ledi" ləqəbi ilə tanınıb. Böyük Britaniyanın tarixində yeganə qadın baş nazirdir.