Türkiyəyə nəql olunan təbii qazın həcmi açıqlandı

iqtisadiyyat
5-11-2015, 09:36 1243
Türkiyəyə nəql olunan təbii qazın həcmi açıqlandı “Şahdəniz” yatağından 66 milyard kubmetr qaz və 17 milyon ton kondensat hasil olunub
“Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu günə qədər Türkiyəyə 36 milyard kubmetr qaz nəql edib.” Bu barədə Bakıda keçirilən illik Xəzər texniki konfransında çıxış edən SOCAR-ın 1-ci vitse-prezidenti akademik Xöşbəxt Yusifzadə məlumat verib.
“Şahdəniz” yatağından bu günə qədər 66 milyard kubmetr təbii qaz və 17 milyon ton kondensat hasil olunduğunu deyə Ysufzadə Türkiyəyə və Gürcüstana verilən qazın həcmini asçıqlayıb:
“2007-ci ildən 2015-ci il noyabrın 15-nə qədər Türkiyəyə 36 milyard kubmetr, Gürcüstana isə 4.8 milyard kubmetr təbii qaz nəql olunub.”
Bu ilin yanvar-oktyabr aylarında “Şahdəniz” layihəsi üzrə Cənubi Qafqaz Boru Kəməri ilə Gürcüstana 550 milyon kubmetr, Türkiyəyə isə 4,8 milyard kubmetr qaz nəql olunduğunu deyən SOCAR rəsmisi gündəlik təxmini təbii qaz ixracatının Türkiyəyə 18 milyon kubmetr, Gürcüstana isə 4 milyon kubmetr olduğunu açıqlayıb.
"Hazırda “Şahdəniz” yatağındakı 7 işlək quyudan gündəlik orta hesabla 29 milyon kubmetr qaz və 7 min ton kondensat hasil olunur." - deyə Xöşbəxt Yusifzadə bildiri