Rəfael Dadaşovun müğənni qızı gizlincə ana oldu

sou
4-11-2015, 11:15 738
Rəfael Dadaşovun müğənni qızı gizlincə ana oldu Xalq artisti, tanınmış aktyor Rəfael Dadaşov baba olub.
Sevincini bölüşən aktyor, arzusuna çatdığını dilə gətirib:
“Ən böyük arzum idi ki, qızım Səidə ana olsun. Nəhayət ki, arzuma çatdım. Nəvəm dünyaya gəldi. Çox sevinirəm”.
Onu da öyrəndik ki, nəvəyə aktyorun adı verilib:
“Səidə həyat yoldaşı ilə belə qərara gəlib ki, körpəyə Rəfael adını versinlər. Balaca Rəfaelin atalı-analı böyüməyini arzulayıram”.
Qeyd edək ki, xalq artistinin qızı ikinci dəfə ailə qurub. Müğənni bu izdivacını hamıdan gizlədib.