Aynişan Quliyeva Murad Bozla duet oxudu

sou
3-11-2015, 10:21 794
Aynişan Quliyeva Murad Bozla duet oxudu Aynişan Quliyeva müsabiqəyə müğənni Murad Boz ilə davam edəcəyini açıqlayıb.
Azərbaycanın Əməkdar artisti Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva Türkiyənin ən populyr tele-müsabiqələrindən biri olan “O Ses Türkiye”də iştirak edib. ANS PRESS-in məlumatına görə, Aynişan Quliyeva səhnədə Xalq artisti Polad Bülbüloğlunun “Gəl ey səhər” mahnısını ifa edib. Mahnı ilə yanaşı Aynişanın səsi də münsiflər heyəti tərəfindən bəyənilib.
İfanın başa çatmasından sonra münsiflər heyətinin üzvü Gökhan Özoğuz bu mahnını eşidəndə tüklərinin biz-biz olduğunu deyib. Mahnını daha əvvəl Polad Bülbüloğlu və Şebnem Ferahın duet ifası ilə dinlədiyini xatırladan Özoğuz indiki ifada da kişi səsi gözlədiyini deyib.
Bundan sonra heyətin digər üzvü müğənni Murad Boz mahnının sözlərini bilmədiyini desə də səhnəyə çıxaraq Aynişanla birlikdə duet oxuyub. İfadan sonra münsiflər heyətinin üzvləri arasında Aynişanı öz qruplarına dəvət etmək üçün rəqabət başlayıb. Aynişan Quliyeva isə müsabiqəyə tanınmış müğənni Murad Boz ilə davam edəcəyini açıqlayıb.