Amaşov Mətbuat Şurasından gedəcək? - Açıqlama

siyaset
2-11-2015, 12:45 998
Amaşov Mətbuat Şurasından gedəcək? - Açıqlama Mərkəzi Seçki Komissiyası (MSK) ötən gün keçirilən parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb.
Milli Məclisin yeni tərkibində Mətbuat Şurasının sədri Əflatun Amaşov da təmsil olunacaq.62 saylı Saatlı seçki Dairəsindən namizədliyini irəli sürən Ə.Amaşov 64,5 faiz səs toplayaraq millət vəkili seçilib.
Deputat mandatı alan Ə.Amaşov Mətbuat Şurasının sədri vəzifəsində qalacaqmı?
Bu suala Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynov cavab verib.
MŞ rəsmisi bildirib ki, Əflatun Amaşov deputat seçilsə də öz vəzifəsində qalacaq.
“Mətbuat Şurası dövlət qurumu, nazirlik deyil ki, onun rəhbəri də rəsmi mövqe tutsun. İctimai birliyin rəhbərinin səlahiyyəti var ki, millət vəkili seçiləndə də öz keçmiş rəhbər vəzifəsini davam etdirə bilsin. Əflatun müəllim də Azərbaycan mətbuatına çox lazım olan bir şəxsdir. O da Mətbuat Şurasının rəhbəri vəzifəsini davam etdirəcək”.