Bakıda faciə: Gözətçi diri-diri yandı

hadise
2-11-2015, 10:12 1074
Bakıda faciə: Gözətçi diri-diri yandı Bakıda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakının Sabunçu rayonunda ümumi sahəsi 4 kv.m olan avtomobil dayanacağında gözətçi köşkünün yanar konstruksiyaları yanıb.
Yanğın zamanı köşkün içərisində 1975-ci il təvəllüdlü Əliyev İqor Vladimiroviçin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.
Dayanacaqda olan avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 05:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.