Yeni dərslik

---
10-08-2015, 17:35 992
Yeni dərslik

Tarixi torpaqlarımızda – Təbrizdə ilk mətbəə 1812-ci ildə fəaliyyətə başlasa da, yazılı mənbələr və əlimizə gəlib çatmış kitab nümunələri nəşr tariximizin daha qədim olduğunu göstərir. Tədqiqatçı alimlərimiz zaman-zaman bu sahənin öyrənilib, tədqiq edilməsinə cəhd göstərsə də, aparılan araşıdırmalar əsas etibarilə epizodik xarakter daşıyır. Bu səbəbdən də, Azərbaycanda nəşriyyatların tarixi hələ də axıra kimi əsaslı şəkildə öyrənilib tədqiq edilməmiş, qalmaqda davam edir. Bu da respublikamızın ali təhsil ocaqlarında tədrisin keyfiyyətinə, tələbələrin hazırlıq səviyyəsinə öz təsirini göstərir. Heç kim üçün sirr deyil ki, respublikamızda bu sahədə dərsliklərin, dərs vəsaitlərinin yazılıb gələcəyin naşir, ədəbi, elmi, bədii və texniki redaktorlarına, dizaynerlərin ixtiyarına verilməsinə ciddi ehiyac var. Bir sıra fənnlər üzrə (texniki redaktə, poliqrafiyanın texnika və texnalogiyası, redaksiya-nəşriyyat işinin texnalogiyası və.s) zəruri metodik vəsaitlərin və tədris ədəbiyyatlarının olmaması yuxarıda adı çəkilən ixtisaslara yiyələnmək istəyənlərin müasir mütəxəssislərin müasir tələblərə cavab verə biləcək, müətxəssis səviyəsində yetişməsini əngəlləyir, tədris proseslərinin keyfiyyətini aşağı salır.
Bu mənada Azərbaycan Dövlət və Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Adil Abdullayev və İslam Sadığın bu günlərdə “Gənclik nəşriyyatında çapdan çıxmış” “Azərbaycanda nəşriyyat tarixi” dərsliyi bu sahədə mövcud olan boşlığı doldurmaq baxımından xüsusi əhəmiyyət kəsb edir.
Dərslikdə Azərbaycan kitabının keçdiyi tarixi yola nəzər salınır, mərhələlı inkişaf prosesləri izlənilir. İlk mətbəə və nəşriyyatların meydana gəlməsi, kitabxanaların kitablarla təmin olunması, kitab satışının texnika və yolları və.s barədə təmin olunması kitab satışının forma və yolları və. s barədə ətraflı məlumat verilir.
ADMİU-nin tələbələrində kitab mədəniyyətimizlə bağlı dolğun təsəvvür yaratmağa çalışan müəlliflər nəşrin əvvəlində kitab anlayışına da aydınlıq gətirməyi unutmayıblar. Nəşrdə redaktə etmə və onun şərhinə, korrektura qaydalarına və ümumilikdə nəşrin hazırlanma texnalogiyasına da kifayət qədər yer verilib.
Dərslikdə kitab nəşri və çapı ilə bağlı hüquqi sənədlər də verilir. Azərbaycanda yazının meydana gəlməsi yazı ləvazimatları, ilk çap kitabları və.s kimi məsələlər də işıqlandırılır.
Müstəqillik illərində Azərbycanda kitab nəşri və nəşriyyat işi müasir dövrdə kitabçılığın problemlərinə diqqət ayrılır, kitabda yerləşdirilməsi zəruri olan texniki göstəricilər (üz qabığının növləri kağızın və kitabların formatı, həcminin müəyyənləşdirilnəsi və.s) nəşrə İSBN –nin verilməsi qaydaları, kitab ticarətinin təşkili və.s kimi məsələlər haqqında məlumat verilir. Bütün bunlar son nəticədə gələcəyin mütəxəssislərinin kitabçılıqla bağlı dünyagörüşlərinin genişlənməsinə xidmət edir. Dərslikdə Azərbaycanda kitabın nəşri tarixi və nəşriyyatlar “Azərnəşr və. s Azərbaycan mütəkkirlərinin (Nəsrəddin Tusi, Şah İsmayıl Xətai, M.Ş.Vazeh və.s) elmin, təhsilin milli təfəkkürün formalaşmasında kitabın rolu barədə dedikləri sözlər, fikirlər də yer alır, onların kitabçılıq sahəsindəki fəaliyyətləri (Mir Möhsün Nəvvab və.s) işıqlandırılır.
Sonda müəlliflər, bu gün Azərbaycanda nəşriyyat işinin ağırlığını çiyinlərində daşıyan həmkarlarımı yazıb ərsyə gətirdikləri dərsliyə görə təbrik edir, onlara daha böyük yaradıcılıq uğurları arzulayıram.

İradə Ələsgərova
“Azərbaycan nəşriyyatı”nın
istehsalat şöbəsinin rəisi