"Çinin ABŞ-ı müharibə ilə hədələməsi çox gülüncdür"

musahibe
30-10-2015, 12:32 1252
"Çinin ABŞ-ı müharibə ilə hədələməsi çox gülüncdür" Çin ABŞ-ı müharibə ilə hədələyib
Çinin ABŞ-ı hədələməsinə səbəb, Cənubi Çin dənizindəki ABŞ donanmasına aid hərbi gəminin patrulluq etməsidir.
ABŞ-ın bu hərəkətinə cavab olaraq Çinin Hərbi dəniz donanmasının komandanı bildirib ki, ABŞ-ın bu hərəkətləri təxribat xarakteri daşıyır və müharibəyə gətirib çıxara bilər.
ABŞ Çin arasında baş verənləri politoloq Zərdüşt Əlizadə şərh edib:
"ABŞ Çinin məhəlli sularında deyil, beynlxalq sularda manevr keçirir. Hər bir dövlətin, Azərbaycanın da beynəlxalq sularda manevr etmək hüququ var. ABŞ Çini hədələmir. Çin çox gözəl bilir ki, ABŞ-ın dəniz donanması dünyanın ən güclü donanmasıdır. Çinə məlumdur ki, ABŞ hərbi dəniz donanmasında təyyarədaşıyan, raketdaşıyan gəmilər, kreyserlər və atom sualtı qayıqları var. ABŞ-ın ehtiyacı yoxdur ki, hərbi dəniz donanmasını gətirib Çinə nümayiş etdirsin.
Çinin ABŞ-ı müharibə ilə hədələməsi isə çox gülüncdür. Çinlə ABŞ arasındakı hərbi güc nisbəti 10-15 dəfədən də çox ABŞ-ın xeyrinədir. Çin sadəcə iqtisadi gücündən istifadə edərək göstərmək istəyir ki, Sakit Okeanının ona yaxın hissəsi Pekinin şəxsi bostanıdır və o sulara heç kəs girmə bilməz. ABŞ-ın hüququ var ki, beynəlxalq sularda manevrlər etsin. ABŞ və Çin arasında müharibənin olması ehtimalı isə sıfıra bərabərdir".
Qeyd edək ki, Çin dəfələrlə ABŞ-a xəbərdarlıq edərək bu hərəkətdən əl çəkməyi tələb etsə də Vaşinqton bunun heç bir qanuna zidd olmadığını vurğulayaraq Sakit okeanı hövzəsində jandarmlığını davam etdirir.