“İran və Türkiyə “hə” desə, o dövlət qurulacaq”

dunya
29-10-2015, 15:55 947
“İran və Türkiyə “hə” desə, o dövlət qurulacaq” Bu sözləri Antalyada iş adamlarının iclasında Türkiyənin sabiq Baş Qərargah rəisi İlkər Başbuğ deyib. O, Atatürkün də bu məsələ ilə bağlı 1920-ci illərin əvvəlində Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış etdiyini xatırladıb:
“Lozanna müqaviləsindən (1923-cü il) öncə Mosul məsələsi müzakirə edildiyi zaman Atatürk TBMM-də çıxışı zamanı İraqda kürd dövlətinin yaranma ehtimalı olduğunu deyir. Bəli, bu gün İraqda müstəqil kürd dövlətinin meydana gəlməsi çox realdır. Əgər İran və Türkiyə bu gün “hə” desə, sabah kürd dövlət qurulacaq. Hazırda bu dövlətin yaranmasının qarşısında yeganə əngəl İran və Türkiyədir”.