» » Ukraynada Azərbaycan alimlərinin iştirakı ilə dərs vəsaiti nəşr edilib


Ukraynada Azərbaycan alimlərinin iştirakı ilə dərs vəsaiti nəşr edilib

17-08-2015, 13:53
Oxunub: 422
Çap et
Ukraynada Azərbaycan alimlərinin iştirakı ilə dərs vəsaiti nəşr edilib Xarkovdakı “Fakt” nəşriyyatında Ukrayna dilində “Hüququn aliliyi” adlı yeni dərs vəsaiti çapdan çıxıb.
Nəşrin müəllifləri hüquq elmləri namizədi, Kiyev Milli Linqvistika Universitetinin hüquq fakültəsinin hüquq kafedrasının dosenti Lyudmila Çulinda və bizim həmvətənlərimiz- hüquq elmləri doktoru, Kiyev Milli Aviasiya Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq kafedrasının professoru, Ukrayna Elmlər Akademiyasının akademiki, Ukraynanın Əməkdar Təhsil İşçisi Arif Quliyev və hüquq elmləri namizədi, Ukrayna Milli Elmlər Akademiyasının V.M.Koretski adına Dövlət və Hüquq İnstitutunun doktorantı, “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” Ümumukrayna İctimai Təşkilatının sədri Hikmət Cavadov, habelə Kiyev Milli Linqvistika Universitetinin hüquq fakültəsinin dekanı, hüquq elmləri namizədi, dosent Vladimir Şatilodur.
Kitabın rəyçilərindən biri hüquq elmləri doktoru, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, professor Əmir Əliyevdir.
Tədris vəsaitində hüququn ümumi prinsipləri sistemində hüququn aliliyi prinsipinin mahiyyəti açıqlanır, müasir Ukraynada hüququn aliliyi ilə bağlı tələblər təhlil edilir.
Kitab tələbələr, hüquqşünas mütəxəssislər, elmi işçilər və müvafiq profilli ali məktəblərin müəllimləri üçün nəzərdə tutulur.
Reytinq: