» » Bəxtiyar Vahabzadənin 90 illiyi qeyd olunacaq


Bəxtiyar Vahabzadənin 90 illiyi qeyd olunacaq

27-10-2015, 12:46
Oxunub: 857
Çap et
Bəxtiyar Vahabzadənin 90 illiyi qeyd olunacaq Oktyabrın 29-da Heydər Əliyev adına Sarayda Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyindən Kulisə verilən məlumata görə, tədbir ölkə başçısının sərəncamına uyğun olaraq həyata keçirilir.
Məlumatda bildirilir ki, Azərbaycanın Xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim, SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Bəxtiyar Mahmud oğlu Vahabzadə Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli simalarındandır. Sənətkarın insanı daim mənəvi ucalığa səsləyən poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynamışdır. Tarixi-mədəni dəyərlərə ehtiram və ana dilinin saflığının qorunması Bəxtiyar Vahabzadənin fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edir.
Reytinq: