İran hədələdi: Baha başa gələr

dunya
27-10-2015, 09:51 866
İran hədələdi: Baha başa gələr İranlı diplomat rəsmi Riyaddan edam qərarının ləğvini tələb edib.
Rəsmi Tehran nüfuzlu şiə din xadimi Nəmr Baqir əl Nəmr barəsində verilən edam qərarına görə Səudiyyə Ərəbistanına xəbərdarlıq etdi. ANS PRESS-in məlumatına görə, İran İslam respublikası xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan qərarın icrasının Səud rejiminə baha başa gələcəyini deyib. Diplomat rəsmi Riyaddan qərarın ləğvini tələb edib.
“Bu hadisə şübhəsiz ki, müsəlmanların duyğularını incidəcək və kütləvi etirazlara səbəb olacaq. Səudiyyə Ərəbistanı rəhbərliyindən İslam dünyasında gərginliyin çoxalmaması adına mövzuya real mövqe ilə yanaşması və qərarın icrasının dayandırılması gözlənir.”