Türkiyədə iki jurnalist faciəvi şəkildə öldü

hadise
27-10-2015, 09:50 959
Türkiyədə iki jurnalist faciəvi şəkildə öldü Şəxslər sudan çıxarılaraq ilk yardım göstərilsə də onların həyatını xilas etmək mümkün olmayıb.
Türkiyədə iki jurnalistin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Iki jurnalistin olduğu minik avtomobili 5 metr hündürlükdən suvarma kanalına düşüb. Hadisə Denizli vilayətinin Sarayköy rayonunda hakim Ədalət və İnkişaf Partiyasının (AKP) seçki fəaliyyətləri çərçivəsində keçirilən tədbirdən sonra baş verib.
AKP Denizli təşkilatının keçirdiyi tədbirdən qayıtdıqdan sonra Dənizli bələdiyyəsi ictimaiyyətlə əlaqələr departamentinin müxbiri 36 yaşlı İlyas Haytan və AKP seçki koordinasiya mərkəzinin jurnalisti 21 yaşlı Alperen Ersoydan bir müddət xəbər almaq mümkün olmayıb.
Bir müddət davam edən axtarışdan sonra məlum olub ki, Alperen Ersoyun idarə etdiyi və İlyas Haytanın sərnişin olduğu avtomobil suvarma kanalına düşüb. Hadisə yerinə dərhal axtarış-xilasetmə qrupu cəlb olunub. Batan şəxslər sudan çıxarılaraq ilk yardım göstərilsə də onların həyatını xilas etmək mümkün olmayıb.
Jurnalistlərin meyitləri məhkəmə tibbi ekspertizasına təhvil verilib. Faktla abğlı araşdırmalar davam edir.