» » Diqqət! Qırmızı ət xərçəngə səbəb olur


Diqqət! Qırmızı ət xərçəngə səbəb olur

27-10-2015, 09:49
Oxunub: 597
Çap et
Diqqət! Qırmızı ət xərçəngə səbəb olur Ümumdünya Səhiyyə Təşkilatı bu barədə xəbərdarlıq edib.
"Ümumdünya Səhiyyə Təşkilatı" (WHO) emal olunmuş ətin xərçəngə və qan-damar sisteminin tutulmasına səbəb olduğunu bildirib. Təşkilat ekspertləri, əsasən, hisə verilmiş və qaxac edilmiş donuz əti, həmçinin, kolbasa və sosisləri bu qəbildən olan ət məhsulları siyahısında aid ediblər. Sözügedən ərzaqlar insan həyatı üçün olduqca təhlükəli məhsullar hesab olunur. Ekspertlər bu məhsulları arsen, alkoqol, siqaret və asbest maddələri ilə müqayisə ediblər. Siyahıda risk daşıyan qrup arasında ikinci yerdə qırmızı ət - mal əti, qoyun əti və donuz əti qeyd olunur. Lakin quş əti risk qrupuna aid edilmir.
“Ümumdünya Səhiyyə Təşkilatının məruzəsi çoxsaylı dəlillərə əsaslanır. Onlar son dərəcə dəqiqliklə əldə olunan məlumatları araşdırıblar. Qeyd etmək lazımdır ki, yekun nəticə, həqiqətən də, ürəkaçan deyil. Görünür, qırmızı ət insanda bilavasitə müxtəlif formalı xərçəngin yaranmasına səbəb olur.” - deyə Dietoloq Linda Conson bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının məruzəsində qeyd olunur ki, insanın gün ərzində 50 qram qırmızı ət məhsulu yeməsi bağırsaq xərçəngi riskini 18 faiz artırır.
Reytinq: