3 yaşlı uşağı öldürən cani yaxalandı - ŞƏMKİRDƏ

hadise
17-08-2015, 12:57 992
3 yaşlı uşağı öldürən cani yaxalandı - ŞƏMKİRDƏ
Şəmkir rayonunda bu ilin aprel ayında törədilmiş tükürpədici cinayətin üstü açılıb. Lent.az Trend-ə istinadən xəbər verir ki, Şəmkir rayon İrmaşlı kənd sakini, 1983-cü il təvəllüdlü Mirzəyev Fariz Arif oğlu 2015-ci il aprel ayında qeyri-rəsmi nikahda olduğu Bahar Hüseynovanın digər kişidən hamilə olub dünyaya gətirdiyi, 2012-ci il təvəllüdlü Nihad adlı oğlunu öldürüb. F.Mirzəyev daha sonra uşağın cəsədini qəbiristanlıqda basdırıb.
Şəmkir rayon prokurorluğunda hadisə ilə bağlı aparılan araşdırmalardan sonra F.Mirzəyev avqustun 16-da şübhəli şəxs qismində saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.