FIFA prezidentliyinə yeni namizədlər: Şampan və Salman

idman
26-10-2015, 13:52 1202
FIFA prezidentliyinə yeni namizədlər: Şampan və Salman Futbol Federasiyasının baş katibinin keçmiş müavini Jerom Şampan və Asiya Futbol Konfederasiyasının başçısı şeyx Salman Bin İbrahim Əl-Xəlifə FIFA prezidenti olmaq üçün namizəd olublar.
Şeyx Salman FIFA prezidentinin səlahiyyətlərini icra edən Afrika Futbol Konfederasiyası başçısı İssa Xayatu ilə danışıqlardan sonra bu qərara gəlib. O, əvvəllər DÇ-2018-in seçim turuna nəzarət bürosuna rəhbər təyin edilib.
Xatırladaq ki, ali futbol qurumunun etika komitəsi tərəfindən 90 gün postundan kənarlaşdırılan Yozef Blatteri İssa Xayatu əvəzləyib.
Hayatu 90 gün ərzində FIFA-ya rəhbərlik edəcək. Kamerunlu futbol adamı FIFA-nın İcraiyyə Komitəsinin vitse-prezidentidir. FIFA prezidenti Yozef Blatter, baş katib Jerom Valke və UEFA prezidenti Mişel Platini bütün vəzifələrindən 90 gün müddətinə kənarlaşdırılıb.
Qeyd edək ki, Blatter 1998-ci ildən FİFA-ya başçılıq edir. Bu ilin may ayının 29-da isə Blatter 5-ci dəfə FİFA prezidenti postuna seçilib. Ancaq 2 iyunda Yozef vəzifəsindən getdiyini bildirib. Yeni prezidentin seçiləcəyi konqres isə 2016-cı ilin fevralın 26-da Sürix şəhərində baş tutacaq.