Doğuş: “Xoşqədəmlə bar-bar gəzmədik”

sou
26-10-2015, 13:45 928
Doğuş: “Xoşqədəmlə bar-bar gəzmədik” “Əzələ formalaşdırmaq üçün istifadə etdiyim iynələr sağlam hüceyrələrimi də öldürmüşdü”. anspress-in məlumatına görə, bunu Türkiyənin tanınmış müğənnisi, azərbaycanlı teleaparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşı Doğuş deyib. O, türk mətbuatına müsahibəsində iynələrdən sonra ata ola bilməyəcəyi barədə gəzən söz-söhbətə aydınlıq gətirib.
“Üç dörd ildir ki, istifadə etmirəm. Bədən özünü yenilədiyi üçün artıq belə bir problemimiz yoxdur. Bu mövzu ilə bağlı 3-5 ay sonra yenidən reportaj edə bilərik”.
Bundan əlavə doğuş evliliyi, Xoşqədəm xanımla tanışlığa kimi bir çox maraqlı məqamlara da toxunub. O, bir ildir evli olduğunu və xoşbəxt ailəyə sahib olduğunu deyib. “Həyat yoldaşım həm kariyeralı, həm də möhtəşəm qadın olduğu üçün əl-ələ verib o bar sənin, bu bar mənim gəzmədik. Gecə əyləncələrini sevənlərdən deyilik. Biz evcanlıyıq”.
Onun sözlərinə görə, həyat yoldaşının uşaq evindəkilərlə münasibətindən çox təsirlənib. Doğuş deyib ki, proqramında qonaq olana kimi gələcək həyat yoldaşı onu tanımayıb.
“Sonra mənim haqqımda hər şeyi öyrənib – hansı uşaq evində qaldığımı, həbsxanaya nə zaman girib-çıxdığımı…Bunlardan qaçış ehtimalım var? Yox. Şəcərəmi önümə tökdü. “Bunların hansı doğrudur?” dedi, məndə “hamısı” cavabını verdim. “Səni sevirəm” dedi. Çünki insanlar dürüstləri sevərlər. Bir insana güvənib, eyni yastığa baş qoya bilmək üçün sənin nə olduğunu bilməlidir. Həyat yoldaşım mənim keçmişimlə deyil, özümlə, davranışımla, xarakterimlə maraqlanır”.