Rusiya Cənubi Qafqaza zirehli texnika yeridir

dunya
26-10-2015, 13:39 894
Rusiya Cənubi Qafqaza zirehli texnika yeridir Rusiya Abxaziyadakı hərbi bazasına 80 ədəd BTR-82AM zirehli transportyor göndərib.
Bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsi yayıb. Zirehli transportyorlarla bərabər Abxaziyaya PRP-4A Arqus mobil kəşfiyyat qurğuları və KamAZ-53212 avtomobilləri də yerləşdirilib.
Qeyd edək ki, Abxaziya Gürcüstan ərazisidir. Bu separat respublika 2015-ci ildə Moskva ilə müttəfiqlik haqqında müqavilə imzalayıb. Kreml Abxaziyanın müstəqilliyini 2008-ci ilin avqust savaşından sonra rəsmən tanıyır.