» » Buraxılış siniflərində təhsilin keyfiyyət göstəricilərinin monitorinqi keçiriləcək


Buraxılış siniflərində təhsilin keyfiyyət göstəricilərinin monitorinqi keçiriləcək

26-10-2015, 13:31
Oxunub: 665
Çap et
Buraxılış siniflərində təhsilin keyfiyyət göstəricilərinin monitorinqi keçiriləcək Təhsil naziri Mikayıl Cabbarov Bakıdakı 148 nömrəli tam orta məktəbdə ümumi təhsilin inkişaf istiqamətləri, xüsusilə uşaq və gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi barədə irəli sürülmüş vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədilə əmr imzalayıb.
Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əmrə əsasən, yeni tədris ilindən nəzərdə tutulan vəzifələrin icrasına həsr olunmuş rəhbər pedaqoji işçilərin rayon (şəhər) müşavirəsinin keçirilməsi, şagirdlərin milli-mənəvi dəyərlər, vətənpərvərlik ruhunda tərbiyəsinin gücləndirilməsi istiqamətində onların iştirakı ilə tədbirlərin təşkili, vətənpərvərlik mövzusunda mahnı, şeir və rəsm müsabiqələrinin keçirilməsi, ümumtəhsil məktəblərində təlim-tərbiyə işlərinin keyfiyyət göstəricilərinin əvvəlki illərlə müqayisəli təhlili, irəliləyişlərin qiymətləndirilməsi və müvafiq qərarların qəbulu, buraxılış siniflərində təhsilin keyfiyyət göstəricilərinin monitorinqinin keçirilməsi, şagirdləri buraxılış və qəbul imtahanlarında uğurlu nəticələr qazanmayan məktəblərin fəaliyyətinə rəhbərlik və nəzarətin gücləndirilməsi istiqamətində təşkilati işlərin görülməsi, təhsilin keyfiyyəti sahəsində uğurlu nəticələr əldə etmiş məktəblərin və fənn müəllimlərinin qabaqcıl təcrübəsinin təbliğ və tətbiq olunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi, ümumtəhsil məktəblərində təhsil alan ayrı-ayrı sahələr üzrə istedadlı şagirdlərin aşkara çıxarılıb onlar barədə rayon (şəhər) üzrə “Məlumat bankı”nın yaradılması, istedadlı şagirdlərin iştirakı ilə məktəb və rayon (şəhər) daxilində bilik yarışlarının, müsabiqə və layihələrin, intellektual oyunların təşkili nəzərdə tutulub.
Reytinq: