İlham Əliyev: "Biz xammal deyil, hazır məhsul ixrac edəcəyik"

gundem
26-10-2015, 11:51 1077
İlham Əliyev: "Biz xammal deyil, hazır məhsul ixrac edəcəyik" Bu gün Azərbaycanda yaradılan müasir müəssisələr ən yüksək standartlara cavab verir. Bizim siyasətimiz bundan ibarətdir.
Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri Sumqayıtda etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində bildirib.
Dövlətimizin başçısı deyib: “Sənayeləşmə siyasətinin aparılması üçün bizdə güclü iradə var. Eyni zamanda, burada yaradılan və yaradılacaq şəraitdən özəl qurumlar da istifadə edəcəklər. Çünki biz artıq xammal yox, hazır məhsul ixrac edəcəyik”.
Prezident vurğulayıb ki, kiçik və orta sahibkarlar üçün də çox böyük imkanlar yaradılacaq. O məhsullar ki bu günə qədər idxal edilirdi, artıq Azərbaycanda istehsal olunacaq və bütün bu işləri görmək üçün çox böyük tədbirlər planı icra edilir. İlk növbədə, Azərbaycanda investisiya iqlimi müsbətdir, digər tərəfdən, dövlət vəsaiti qoyulur, özəl sektor da bu işlərdə fəal iştirak edir.