» » Xaçmazda ağır yol qəzası baş verib


Xaçmazda ağır yol qəzası baş verib

26-10-2015, 09:38
Oxunub: 645
Çap et
Xaçmazda ağır yol qəzası baş verib Qəza zamanı "VAZ" markalı minik avtomobili "QAZ" markalı yük avtomobili ilə çırpılıb.
Xaçmaz rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Məlumata görə, hadisə Qudyalçayın rayon ərazisindən keçən hissəsində baş verib. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən qəza zamanı "VAZ" markalı minik avtomobili "QAZ" markalı yük avtomobili ilə çırpılıb.
Qəzada minik avtomobilində olan 3 nəfər xəsarət alıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalaraq xəsarət alan sürücü və 2 nəfər sərnişini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Reytinq: