Gömrük məntəqisinin rəisi işdən çıxarıldı

siyaset
23-10-2015, 13:08 1190
Gömrük məntəqisinin rəisi işdən çıxarıldı Dövlət Gömrük Komitəsinin Balakən gömrük-keçid məntəqəsinin rəisi Hikmət Məmmədov tutduğu vəzifədən azad olunub. H.Məmmədovun vəzifədən alınması səbəbsiz olmayıb. O, yol verdiyi nöqsanlara görə vəzifəsini itirib.
Məlumat üçün onu da qeyd edək ki, Hikmət Məmmədov ötən il bu vəzifəyə təyin olunmuşdu. Buna qədər o, Astara gömrüyünün rəisi olub.
Həmin vəzifəyə Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməliyyat idarəsinin rəis müavini Baba Salayev təyin edilib.