Pula gələn həkimlərimiz

sehiyye
23-10-2015, 13:02 1256
Pula gələn həkimlərimiz Xaricdən dəvət edilən həkimlər büdcəyə ziyan vurur. Son illər respublikamızda xəstəliklərlə paralel özəl tibb müəssisələrinin sayı da artır. Hər gün mətbuat orqanlarında, radio və televiziyada ayrı-ayrı tibb müəssisələrinin reklamını eşidirik. Bir çox hallarda isə həmin reklamlarda hansısa xarici ölkədən dəvət olunan həkimin yüksək səviyyədə xidmət göstərdiyi vurğulanır.
Maraqlıdır ki, cəmiyyətimizdə belə bir fikir formalaşıb ki, xaricdən gələn həkimlər daha savadlıdır, onların müalicə metodları daha effektlidir. İnsanların bu cür düşüncəsindən istifadə edən klinikalar xaricdən hansısa bir həkimi gətirib, onların iştirakı ilə yerli həkimlərimizdən qat-qat yüksək qiymətə əməliyyat və müalicələr həyata keçirirlər.
Tibb üzrə fəlsəfə doktoru Aydın Əliyevin sözlərinə görə, xaricdən həkimlərin dəvət olunmasının bir sıra məqamları var.
Digər məsələ isə maliyyə ilə bağlıdır. Xaricdən gələn həkimlər yüksək məbləğə müayinə və əməliyyat edir. Ona ödənilən məbləğ isə vəsaitin büdcəyə getməməsi deməkdir.
Dəvət olunmuş həkimlərin bir çoxu bir həftə buradakı özəl klinikalarda xəstələri qəbul edir, eyni zamanda əməliyyat həyata keçirirlər. Ancaq əməliyyatdan sonrakı reablitasiya dövründə xəstələrə nəzarət etmirlər, fəsadlar ortaya çıxdıqda cavabdehlik daşımırlar.
Bəzən isə xaricdə müayinə ucuz olduğuna görə insanlar ora getməyə üstünlük verirlər.
Həkim müəyyən əməliyyatların qiymət fərqinə gəldikdə isə onların Azərbaycanda xarici ölkələrə nisbətən baha olduğunu bildirdi. Bu baxımdan bəzi insanlar xarici ölkələrə daha çox üstünlük verdiyini qeyd etdi.
Həkim Şəmsiyyə Namazlı bunun səbəbini tibbi avadanlıqların Azərbaycanda olmaması ilə izah edir:
O, həmçinin İran, Türkiyə və digər xarici ölkələrdə səhiyyə xidməti qat - qat yüksək olduğunu bildirib. Onun sözlərinə görə, burada söhbət təkcə həkimin biliyindən getmir. Keyfiyyətli xidmət də əsas amillərdən biridir. Xarici ölkələrdə vətəndaş ilk qəbuldan tibbi personalın xoş rəftarı ilə üzləşir ki, bu da onun müalicəsinə müsbət təsir göstərir.