» » Daha bir məşhur aktyor vəfat etdi


Daha bir məşhur aktyor vəfat etdi

23-10-2015, 10:39
Oxunub: 773
Çap et
Daha bir məşhur aktyor vəfat etdi Yılmaz Köksal macəra filmlərinin vacib simalarından biri idi.
Türkiyənin məşhur aktyoru, “Yeşilçam” kinematoqrafiyasının tanınmış siması Yılmaz Köksal vəfat etdi. 76 yaşlı aktyor uzun müddətdir xərçəng xəstəliyi ilə mübarizə aparırdı.
Usta aktyor Yılmaz Köksal 1939-cu ildə Kırşehirdə dünyaya gəlib. İbtidai sinifi bitirərək İstanbula gedib və “Tophane” incəsənət məktəbində təhsil alıb. Bir müddət gəmilərdə işləyərək Avropanı dolaşıb.
Tunc Başaranın kinoya uyğunlaşdırdığı, Orxan Kamalın “Murtaza” əsərindəki “Dübara” rolu ilə kino karyerasına başlayıb. Köksal uzun müddət filmlərdə ikinci dərəcəli rollarda çəkildikdən sonra 1970-ci ildə Çetin İnançın çəkdiyi “Çeko” filmində baş rolu canlandırıb. Filmin qazandığı uğurla xalqın rəğbətini qazanan Yılmaz Köksal macəra filmlərinin vacib simalarından biri oldu.
Aktyor 1965-ci ildən 2005-ci ilə qədər 182 filmdə çəkilib. Bir çox filmə ssenari də yazıb. Özəl telekanalların çoxalması ilə aktyorluq həyatına seriallarda da davam edib.
Ötən həftə isə Türkiyənin tanınmış aktyorları Sırrı Elitaş və Levent Kırca vəfat etmişdi.
Allah rəhmət eləsin.
Reytinq: