» » Türkiyədə əsgərləri ildırım vurdu: çox sayda ölü və yaralı var


Türkiyədə əsgərləri ildırım vurdu: çox sayda ölü və yaralı var

23-10-2015, 10:36
Oxunub: 554
Çap et
Türkiyədə əsgərləri ildırım vurdu: çox sayda ölü və yaralı var Bədbəxt hadisə nəticəsində 3 əsgər ölüb, 12 hərbçi isə müxtəlif xəsarətlər alıb.
Türkiyədə çox sayda əsgərin ölümü və yaralanması ilə nəticələnən bədbəxt hadisə baş verib. ANS PRESS-in məlumatına görə, Hakkari vilayəti Yüksekova rayonunun Dağlıca bölgəsində əməliyyata gedən hərbçiləri ildırım vurub. Hadisə ötən gün yerli vaxtla saat 15.30-da (Bakı vaxtıyla 17.30), Dağlıca – İraq sərhəddində baş verib.
Bədbəxt hadisə nəticəsində 3 əsgər dünyasını dəyişib, 12 hərbçi isə müxtəlif dərəcəli xəsarət alıb. Yaralı əsgərlər helikopterlə Hakkaridəki “Fatih” hərbi hissəsinə, burdan isə təcili yardım avtomobili ilə Hakkari dövlət xəstəxanasına çatdırılıblar. Yaralı əsgərlər ambulator müayinədən sonra həkim nəzarəti üçün xəstəxanada qalıblar.
Faktla bağlı Türkiyə baş qərargah idarəsi də rəsmi bəyanat yayıb:
“2015-ci il oktyabrın 22-də saat 15.30-da Hakkarinin Yüksekova bölgəsində hərbi əməliyyata çıxan qüvvələrimizin üzərinə ildırım düşməsi nəticəsində 3 qəhrəman silahdaşımız şəhid olmuşdur. Qəhraman 12 silahdaşımız isə xəstəxanada ambulator müayinədən sonra həkim nəzarətindədirlər.
Bizdə dərin kədər və təəssüf hissi yaradan bu hadisədə dünyasını dəyişən əziz şəhidlərimizə Allahdan rəhmət, şəhidlərimizin dəyərli ailələrinə, yaxınlarına, Türkiyə Silahlı Qüvvələri mənsublarımıza və uca türk millətinə başsağlığı və səbr; hadisə səbəbindən ambulator müayinədən keçən əməkdaşlarımıza şəfalar arzulayırıq.” - deyə bəyanatda bildirilir.
Reytinq: