Putin Leyla Əliyevaya medal verdi

medeniyyet
22-10-2015, 14:17 1149
Putin Leyla Əliyevaya medal verdi Sərəncam oktyabrın 20-də imzalanıb
Rusiya prezidenti Vladimir Putin Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın "Puşkin" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Moskva müxbirinin məlumatına görə, Leyla Əliyeva bu medala Rusiya Federasiyası ilə dostluq və əməkdaşlığın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin inkişafı və xaricdə rus dili və mədəniyyətinin qorunub saxlanılması və populyarlaşmasına verdiyi töhfələrə görə layiq görülüb.