Barış abinin 50 il sonra üzə çıxan mahnısı

sou
22-10-2015, 11:34 1115
Barış abinin 50 il sonra üzə çıxan mahnısı Barış Mançonun vəfatından 16 il keçsə də, müğənni musiqiləri ilə nəinki təkcə ölkəsində, elə ölkəmizdə də yaşamağa davam edir. Türk rok musiqisinin önəmli ifaçılarından biri olan Barış Mançonun 50 il əvvəl bəstələdiyi mahnılar bir-bir ortaya çıxır. 1963-ci ildə Belçika Kral Akademiyasında təhsil alan böyük qardaşı Savaş Mançonun yanına gedən Barış Manço dövrünün məşhur şairi Andre Soulakla tanış olub. Belçikalı şair, müğənninin bəstələrinə söz yazıb. O bəstələr 50 il sonra şairin Yutubda açdığı kanalda ortaya çıxıb. Bəstəsi və ifası Barış Mançoya, sözləri Andre Soulaka aid “Rosemarie” adlı mahnı belçikalı şairin son paylaşımıdır. “Rosemarie” eyni zamanda cütlüyün bərabər gördüyü ilk işdir.