Tibb dünyasında möhtəşəm kəşf

sehiyye
22-10-2015, 11:04 1191
Tibb dünyasında möhtəşəm kəşf Göz əməliyyatları aparan cərrahlar bundan sonra yeni üsuldan istifadə edəcək. Bu vaxta qədər əməliyyat zamanı mikroskopu əlləri ilə hərəkət etdirən göz cərrahları üçün yeni mikroskop hazırlanıb. Alman firmasının hazırladığı yeni mikroskopun səslə idarə olunduğu bildirilir. Səs dalğalarına ani reaksiya verən mikroskop fiziki toxunuşa ehtiyac duymadan xüsusi sözlərlə hərəkət etdiriləcək. Hazırda test mərhələsində olan mikroskopun bu ayın sonuna yaxın dünya bazarına çıxarılacağı gözlənilir.