Mərdəkanda “Toya bir gün qalmış”...

medeniyyet
22-10-2015, 10:07 1208
Mərdəkanda “Toya bir gün qalmış”... Dövlət Musiqili Teatrının aktrisası, xalq artisti, Şöhrət ordenli Afaq Bəşirqızının 60 yaşı tamam olur.
Mərdəkan Mədəniyyət Evində çıxış edib.
Tədbirə qatılan Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev xalq artistinin həyat və yaradıcılığından söz açıb, onun mədəniyyətimizə verdiyi töhfələrdən danışıb.
Sonra Afaq Bəşirqızının iştirakı ilə Əli Səmədlinin “Toya bir gün qalmış” komediyası nümayiş olunub.
Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Əsgər Əsgərov, quruluşçu-rəssamı Nabat Salamova, rejissor asissenti Tamilla Aslanovadır.
Tamaşada xor və balet truppasının artistləri ilə yanaşı, əsas rollarda xalq artisti Afaq Bəşirqızı, əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Ruslan Mürsəlov, Hüseyn Əlili və başqaları çıxış ediblər.