Ebola yenidən qayıtdı

sehiyye
22-10-2015, 09:58 1074
Ebola yenidən qayıtdı Ötən həftə Qvineyada 3 nəfər Ebola virusuna yoluxub.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatında bildirilir.
Yoluxma hallarının biri paytaxt Konakri şəhərində, digər 2-si isə Forekarya prefekturasında qeydə alınıb.
Məlumata əsasən, Syerra-Leonedə beşinci həftədir ki, virusa yoluxma halları qeydə alınmır. Yeni yoluxma hallarının olmadığı təqdirdə, noyabrın 7-də Syerra-Leonedə rəsmi olaraq Eboladan azad elan ediləcək. Xatırladaq ki, sentyabrın 3-də ÜST Liberiyada xəstəliyə son qoyulduğunu bəyan etmişdi.
Xatırladaq ki, dünyada “Ebola” virusuna yoluxma halları daha çox Qərbi Afrikada qeydə alınıb. Ümumilikdə dünyada bu virusa 28 512 yoluxma halı qeydə alınıb, ölənlərin sayı 11 313 nəfərdir.