92 yaşlı akademik: “Necə yəni Elmlər Akademiyası olmasın?..”

sosial
22-10-2015, 09:53 785
92 yaşlı akademik: “Necə yəni Elmlər Akademiyası olmasın?..” Sabiq deputat, professor Şahlar Əsgərov verdiyi açıqlamada dünyanın bir çox ölkələrində Elmlər Akademiyasının olmamasını, onları müasir tipli elmi mərkəzlərlə əvəz edildiyini, bu qurumun sovet rejimindən qalma bir nişan olduğunu qeyd edib. Professor həm də belə akademiyaya o qədər də gərək olmadığını, onun ayrı-ayrı insitutlarının universitetlərdəki mərkəzlər və fakültələrlə birləşdirilməsinin vacibliyini vurğulayıb. Alimin fikirlərini dəstəkləyənlərlə yanaşı, əksinə çıxanlar da var.
AMEA-nın Fizika İnstitutunun akademiki, əməkdar elm xadimi Maqsud Əliyev məsələyə barəsində Modern.az-a danışıb. 92 yaşlı alim hazırda akademiyada müəyyən çatışmazlıqların olduğunu desə də, onu bu gün də çox vacib qurum adlandırıb:
“Bu mümkün deyil, necə yəni hər hansı institut universitetin eyni adlı fakültəsinə birləşdiirlsin?! Akademiya akademiyadır, universitet də universitetdir. Mən vaxtilə universitetdə də çalışmışam. Orada kafedra da açmışıq. Amma bu düzgün fikir deyil ki, Elmlər Akademiyası ləğv olunsun, institut fakültələrə birləşdirilsin. Akademiya çox vacib bir qurumdur. Doğrudur, bu gün akademiyanın çox qüsuru ola bilər. Amma akademiyasız mümkün deyil”.