Azərbaycanda elektron şəxsiyyət vəsiqələrindən istifadə statistikası açıqlanıb

sosial
17-08-2015, 12:19 930
Azərbaycanda elektron şəxsiyyət vəsiqələrindən istifadə statistikası açıqlanıb Elektron şəxsiyyət vəsiqələrinin iyul ayındakı istifadə sayı bəlli olub.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, ötən ay əhali “Elektron hökumət” portalında olan “Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış” xidmətindən 1 738 dəfə yararlanıb.
Vətəndaş portala daxil olaraq “Elektron arayışlar” bölməsində adıçəkilən xidməti seçməklə şəxsiyyət vəsiqəsinin elektron versiyasını əldə edə bilir.
Sənədi çap etmək, eləcə də elektron nüsxəni istənilən şəxsə e-poçt vasitəsi ilə göndərmək mümkündür.