Bakıda övladı ilə yolu keçən qadını maşın vurdu

hadise
22-10-2015, 09:39 891
Bakıda övladı ilə yolu keçən qadını maşın vurdu Təcili olaraq xəstəxanaya çatdırılan yaralının vəziyyəti orta ağırdır.
Axşam saatlarında Bakının Xətai rayonu Məhəmməd Hadi küçəsində ana və övladının vurulması ilə nəticələnən qəza baş verib. “Əhmədli” metrostansiyasi istiqamətində hərəkətdə olan avtomobil azyaşlı övladı ilə yolu keçmək istəyən 34 yaşlı Xuraman Abbasovanı vurub. Nəticədə ağır xəsarətlər alan qadın əvvəlcə yaxınlıqda yerləşən Neyrocərrahiyə Mərkəzinə çatdırılıb. Orada ilkin tibbi yardım alan Xuraman Abbasova daha sonra təcili tibbi yardım avtomobili ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdrılıb.
Xəstəxananın həkimi Loğman Məmmədov yaralının vəziyyətini orta ağır kimi qiymətləndirir.
Qəza zamanı Xuraman Abbasovanın azyaşlı övladı xəsarət almayıb.
Məlumata görə, hadisəni törədən sürücü saxlanılıb. Faktla bağlı istintaq başladılıb, araşdırmalar davam edir.