» » Prezidentin yeni qərarı nəyi dəyişdirəcək?


Prezidentin yeni qərarı nəyi dəyişdirəcək?

21-10-2015, 12:46
Oxunub: 774
Çap et
Prezidentin yeni qərarı nəyi dəyişdirəcək? Prezident İlham Əliyevin ölkədə 2 il müddətinə bütün yoxlamaların dayandırılması ilə bağlı qərarı ölkə miqyasında birmənalı olaraq yüksək qarşılandı.
Prezidentin bu qərarı ölkədə nəyi dəyişdirəcək və biz nə qazanacağıq?
Bu və ya digər suallara taınnmış iqtisadçı ekspert Vüqar Bayramov cavab tapmağa çalışıb. O, təqdim etdiyimiz yazıda oxucuları maraqlandıran bütün məqamlara aydınlıq gətirib:
- Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına dair iclasındakı çıxışından çox qısa zaman sonra sahibkarlığın inkişafı ilə bağlı real və strateji addımlar atılmaqdadır. Belə ki, dövlət başçısı sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə etməklə yanaşı vergi yoxlamaları istisna edilməklə bütün növ yoxlamaların 2 il müddətində dayandırılması ilə bağlı qanun layihəsini parlamentə təqdim etdi. Beləliklə, dövlət başçısnın bir neçə gün öncə tezisləri ilə anonsu verilən sahibkarlığın inkişafındakı yeni mərhələ reallaşmaqdadır.
İqtisadiyyatın tam liberallaşması, qeyri-neft sektorunun dayanıqlığının təmin edilməsi və dövlət büdcəsində vergili daxilolmaların artırılması və nəhayət iqtisadi diversifikasiya ilə bağlı hədəflərə nail olunması istiqamətində ciddi addımlar atılmaqdadır. Müasir Azərbaycanın sürətli inkişaf modelinin yaradıcısı olan Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı hər zaman nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq özəl sektorunun inkişafını strateji anlamda dəstəkləyən yeni islahatlar məhz cənab Prezidentin rəhbərliyi ilə reallaşmaqdadır. Bu islahatlar Azərbaycan iqtisadiyyatında şaxələnməsini genişləndirməklə yanaşı, 2020-ci ilədək olan hədəflərin reallaşmasında mühim mərhələ olacaq.
Qlobal və regional çətinliklərin müşahidə edildiyi bir dövrdə bu ilin 9 ayının iqtisadi və sosial nəticələri bir daha təsdiq etdi ki, Azərbaycanda həyata keçirilən düzgün iqtisadi siyasət öz real töhvələrini verməkdədir. İqtisadiyyatdakı artım tempi qorunub saxlanılmaqla yanaşı iqtisadi inkişaf neft sektorundan qeyri-neft sektoruna transfer edilir. İki rəqəmli iqtisadi inkişafa malik olan qeyri-neft sektorunun inkişafı birbaşa sahibkarlığın dəstəklənməsi nəticəsində özəl sektorun genişlənməsi ilə əlaqədardır. Bu inkişafın dayanıqlığı isə birbaşa sahibkarlığın dəstəklənməsi ilə bağlı həyata keçiriləcək islahatlar ilə bağlıdır. Məhz dövlət başçısının hər zaman nümayiş etdirilən siyasi iradəsi ilə reallaşan son islahatlar da iqtisadiyyatın dayanıqlığını möhkəmləndirəcək.
Qlobal iqtisadi durum çətinləşməkdədir. Böhran hətta inkişaf etmiş ölkələrdə belə müşahidə olunur. Belə bir şəraitdə Azərbaycan dövləti sahibkarlığın inkişafına hər cür dəstək həyata keçirir. Azərbaycan regionda sahibkarlığın inkişafına ən çox birbaşa maliyyə yardımı göstərən ölkədir. Artıq maliyyə yardımı ilə yanaşı, sahibkarları narahat edən bütün bürokratik problemlər aradan qaldırılmaqdadır. Hər zaman sahibkarların yanında olan və onlara öz siyasi dəstəyini nümayiş etdirən dövlət başçısının imzaladığı son sənədlər isə sahibkarlığın inkişafında yeni mərhələnin başlaması barədə anonsunun reallaşması kimi də qiymətləndirmək olar.
Bu islahatlar sahibkarlığın inkişafında kifayət qədər müsbət radikal dəyişikliklərə gətirib çıxaracaq. Bu, sahibkarlarla dövlət qurumları arasında ünsiyyətin minimumlaşdırılmasına və yersiz müdaxilələrin tamam aradan qaldırılmasına səbəb olacaq. Elektronlaşma yolu ilə sahibkarlarla dövlət qurumları arasında əlaqə məhdudlaşdırılacaq.
Reytinq: